RƏSMİ SƏNƏDLƏR


Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Beynəlxalq Türk Akademiyası adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Azərbaycan xalqının misilsiz qəhrəmanlığı sayəsində 104 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-müsəlman aləmində milli azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının bayraqdarı olmuş, xalqlarımızın tarixində silinməz iz buraxmışdır.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qısa müddətdə regionun ən inkişaf etmiş ölkəsinə çevrilmiş, dövlət quruculuğu yolunda bənzərsiz addımlar atmışdır.

44 günlük Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazanılan möhtəşəm Zəfər isə qəhrəmanlıq salnaməsinə dönmüş, türk dövlətçilik tarixinə adınızın qızıl hərflərlə yazılmasına vəsilə olmuşdur. İndi xalqlarımız qardaş Azərbaycanın Müstəqillik Gününü daha fərqli hisslərlə və böyük sevinclə qeyd edir.

Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm.

Dərin hörmətlə,

 
Darxan Kıdırəli
Beynəlxalq Türk Akademiyasının prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin