MƏDƏNİYYƏT
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu dünya ictimaiyyətini beynəlxalq terrorizmə düzgün qiymət verməyə çağırır
Bakı, 12 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından 100 kilometr uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncəni növbəti dəfə raket atəşinə tutub. Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində dağıdılan çoxmənzilli binada 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Bununla bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Bu terrorizm aktı Ermənistanın təcavüzkar siyasətini bir daha açıq şəkildə ortaya qoyur. Humanitar atəşkəsi kobud şəkildə pozan erməni aqressorlarının törətdiyi bu cinayət Cenevrə Konvensiyalarına tamamilə ziddir. Dünya ictimaiyyətini beynəlxalq terrorizmə düzgün qiymət verməyə, onu qəti və açıq şəkildə qınamağa çağırırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]