CƏBHƏ XƏBƏRLƏRİ


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ermənilərin apardığı işğalçılıq siyasətini qətiyyətlə pisləyir

Bakı, 29 sentyabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı ilə bağlı bəyanat yayıb.

Fonddan AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini növbəti dəfə pozduğunu, Azərbaycanın tarixi torpaqlarında hərbi təxribatların aparılması, mədəni irsinin, o cümlədən tarixi, dini abidələrinin təhqir və məhv edilməsi, mütəmadi olaraq dinc əhalinin atəşə tutulması istiqamətində apardığı işğalçılıq siyasətini qətiyyətlə pisləyir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı qəbul olunan müvafiq qətnamələrin yerinə yetirilməsinin vacibliyini vurğulayır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın öz əzəli torpaqları uğrunda apardığı haqlı siyasətini dəstəkləyir və dünya ictimai birliyini Ermənistanın təcavüzkar siyasətinə adekvat münasibət bildirməyə çağırır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfalar diləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.