MƏDƏNİYYƏT


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKSOY arasında birgə addımların atılması mövzusunda danışıqlar aparılıb

Bakı, 23 may, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un yeni seçilmiş Baş katibi Sultan Rayevlə görüşüb.

Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə iki qardaş təşkilat arasında mövcud tərəfdaşlığın daha da genişlənməsi və türk dünyasının zəngin mədəniyyətinin, tarixinin, irsinin təbliği yönündə birgə addımların atılması mövzusunda danışıqlar aparılıb.

Görüşdə TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyəti nəzərə alınaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKSOY-un birgə əməkdaşlığı çərçivəsində keçirilə biləcək mədəni tədbirlər barədə müzakirələr edilib.

Beynəlxalq Türk Əməkdaşlıq Təşkilatların rəhbərləri türk xalqlarının qədim maddi-mədəni dəyərlərinin bütün dünyada genişmiqyaslı tanıdılmasının vacibliyindən söz açaraq, bu istiqamətdə görülə biləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.