MƏDƏNİYYƏT


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun kitabxanasına kitablar hədiyyə edilib

Bakı, 28 aprel, AZƏRTAC

Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Muhammed Lou Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, qırğız ədəbiyyatına və incəsənətinə aid bir sıra kitablar bağışlayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, hədiyyə edilən kitabların sırasında türk dünyasının qəhrəmanlıq dastanlarından olan “Manas”, “Semetei” və digər eposlar, eləcə də Qırğızıstanın görkəmli şair və yazıçıları tərəfindən qələmə alınan qırğız xalqının tarixinin, mədəniyyətinin əks olunduğu ədəbi nümunələr yer alır.

Günay Əfəndiyeva Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Muhammed Louya Fonda bağışladığı kitablara görə təşəkkür edib. O, türk dünyasının ayrılmaz parçası, eləcə də Fondun qurucu üzv ölkəsi olan Qırğızıstanın mədəni, mənəvi, tarixi dəyərlərini ehtiva edən kitabların rəhbəri olduğu qurum üçün xüsusi önəm daşıdığını vurğulayıb.

Muhammed Lou Fond tərəfindən türkdilli xalqların zəngin maddi və mədəni irsinin araşdırılması, qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində təqdirəlayiq işlər görüldüyünü və Qırğızıstanın bundan sonra da təşkilata hər cür dəstəyi göstərəcəyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.