MƏDƏNİYYƏT


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fransada silsilə görüşlər keçirib

Bakı, 21 may, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fransa Respublikasına səfəri çərçivəsində Fondun üzv dövlətlərinin Fransada akkreditə olan səfirləri ilə görüşlər keçirib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Türkiyənın Fransadakı səfiri İsmail Hakki Musa, Qazaxıstanın Fransadakı səfiri Sem Jan Qaliyev, Qırğızıstanın Belçika Krallığındakı səfiri Muktar Djumalaev ilə keçirilən görüşlərdə G.Əfəndiyeva türk dünyasına xas mədəniyyətin, irsin mühafizəsi və dünyaya tanıdılması yönündə Fondun həyata keçirdiyi layihələrdən bəhs edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, görüşlərdə təşkilatın fəaliyyətində quruma üzv ölkələrin aktiv rolu qeyd edilərək, türkdilli xalqların tarixi-mədəni mirasının mühafizəsi istiqamətində birgə tədbir və layihələrin həyata keçirilməsi ilə əlaqədar dəstək bildirilib, mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, səfər çərçivəsində Fondunun prezidenti G.Əfəndiyeva ilə UNESCO-nun Baş direktorunun müavini Firmin Eduard Matoko arasında keçirilən görüşdə Fond ilə UNESCO arasında mədəni irsin mühafizəsi istiqamətində gələcək birgə əməkdaşlıq müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.