Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki Albert Lixanovdan
AzerTAg.az
Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Uşaq Fondu və Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar, yeni qələbələr və zəfərlər arzulayıram. Sizin atanız, Azərbaycan xalqının ümummilli lideri, SSRİ Uşaq Fondunun əsasını qoyanlardan biri olmuş Heydər Əliyevin müqəddəs xatirəsinə ehtiram bəsləyir, onun ənənələrini davam etdiririk. Sizin ölkənin ən qədim xeyriyyə fondu, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının üzvü olan Azərbaycan Uşaq Fondu ilə bizi ümumi xeyirxah işlər bağlayır. Əminik ki, uşaqlarımızın rifahı naminə sıx əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.
Hörmətlə,
Albert Lixanov
Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti,
Rusiya Uşaq Fondunun sədri, yazıçı,
Rusiya Təhsil Akademiyasının akademiki
Xəbərin mətnində orfoqrafik səhv var