Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından səmimi qəlbdən təbrik edirəm. Respublikada qayğıya ehtiyacı olan uşaqların dəstəklənməsi istiqamətində səylərinizi yüksək qiymətləndiririk. Ümidvarıq ki, bundan sonra da uşaqların müdafiəsi sahəsində səmərəli əməkdaşlıq edəcəyik.

Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycanın və onun uşaqlarının rifahı naminə nailiyyətlər arzu edirəm.

 

Hörmətlə,

Albert Lixanov

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin