REGİONLAR


Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının mənzil-qərargahı Dijon şəhərinə köçürülüb

Dijon, 27 oktyabr, AZƏRTAC

Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OİV) mənzil-qərargahı Parisdən Dijona köçürülüb.

AZƏRTAC xəbər verir ki, OİV-ə üzv olan 48 dövlət Fransanın təşkilatın mənzil-qərargahının Dijon şəhərinə köçürülməsi ilə bağlı təklifinə müsbət cavab veriblər. OİV-in prezidenti Luci Moio, Fransanın dövlət katibi Jan-Batist Lömuan, Dijon şəhəri merinin, eləcə də təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə Dijonun OİV-in yeni mənzil-qərargahı olması təsdiqlənib.

Tədbirdə Azərbaycanı Fransadakı səfirliyimizin II katibi Suliddin Məmmədov təmsil edib. O bildirib ki, ölkəmizdə üzümçülük və şərabçılığın inkişafı əsas məqsədlərimizdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə xüsusi önəm verir və respublikamızda üzümçülüyün inkişafına dair dövlət proqramı qəbul olunub. Bu baxımdan Azərbaycan OİV ilə əməkdaşlıqda maraqlıdır.

OİV üzüm, şərab, şərab əsaslı içkilər, süfrə üzümləri, kişmiş və üzümdən hazırlanan digər məhsullar sahəsində ixtisaslaşmış elmi-texniki xarakterli hökumətlərarası qurumdur.

Burqundiya regionunun paytaxtı Dijonda OİV-in katibliyinin yaradılması 2022-ci ilin sentyabr ayına planlaşdırılıb. Bu məqsədlə OİV mənzil qərargahının yerləşəcəyi “Bouchu d'Esterno” otelində təmir işlərinə başlanılacaq.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Dijon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.