İQTİSADİYYAT


Beynəlxalq Valyuta Fondu: Gələn il neftin qiyməti 68,78 dollar/barrel olacaq

Bakı, 9 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu (IMF) neftin bir barrelinin qiymətinin 2019-cu ildə 68,78 dollar təşkil edəcəyini nəzərə tutur.

AZƏRTAC xəbər verir ki, bu barədə IMF-nin “World Economic Outlook” hesabatında bildirilir.

“2018-ci ildə neftin qiyməti orta hesabla 69,38 dollar/barrel səviyyəsində olacaq. Qlobal neft təklifinin artacağı nəzərə alındıqda neft qiymətinin 2019-cu ildə 68,78 dollara, 2023-cü ildə isə təxminən 60 dollar/barrelə düşməsi gözlənilir”, - deyə hesabatda qeyd olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.