DÜNYA


Beynəlxalq Valyuta Fondu Ukraynaya 2,7 milyard dollar məbləğində vəsait ayırıb

Kiyev, 3 avqust, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu (IMF) Ukraynaya 2,7 milyard dollar məbləğində vəsait ayırıb.

AZƏRTAC Ukrayna Prezident Ofisinə istinadla xəbər verir ki, vəsait avqustun 23-də köçürüləcək.

“Bu, müstəqilliyimizin 30 illiyi üçün ölkəmizə yaxşı bir hədiyyə olacaq. Bu vəsaitlər koronavirus böhranının nəticələrini aradan qaldırmağa və iqtisadiyyatımızı canlandırmağa kömək edəcək. Bu qərara görə BVF-yə minnətdaram”, - deyə Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib.

Vladimir Zelenski, həmçinin əlavə edib ki, Ukrayna hazırkı stand-by proqramı çərçivəsində BVF-nin yeni tranşını almaq üçün islahatlar həyata keçirməyə davam edir.

“Biz Beynəlxalq Valyuta Fondunun cari proqramının ilk təftişini başa çatdırmaq üzərində işləyirik və BVF missiyasını sentyabr ayında gözləyirik”, - deyə Vladimir Zelenski vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.