DÜNYA


Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Bakı, 23 iyul, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu (IMF) bu il və 2020-ci il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıb.

AZƏRTAC xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilir ki, IMF cari il və gələn ilə dair iqtisadi artım proqnozunu müvafiq olaraq 3,2 faiz və 3,5 faizə endirib. Əvvəlki göstərici ilə müqayisədə hər iki proqnoz 0,1 faiz azaldılıb. Fond buna səbəb kimi qlobal ticarət və “Brexit”lə bağlı yanlış siyasi addımların gözlənilən iqtisadi sıçrayışı daha da irəli apara biləcəyini göstərib.

IMF bu il və gələn il Çində iqtisadi artımın müvafiq olaraq 6,2 və 6 faiz, ABŞ-da isə 2,6 faiz və 1,9 faiz olacağını gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.