İQTİSADİYYAT


Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Bakı, 20 yanvar, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu (IMF) cari il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıb.

AZƏRTAC fonda istinadla xəbər verir ki, IMF bu ilə dair qlobal iqtisadi artım proqnozunu 3,4 faizdən 3,3 faizə endirib. Fond ticari razılaşmalar və Yaxın Şərqdəki gərginlik fonunda əvvəlki proqnoza nisbətən cari il üzrə iqtisadi artım proqnozunu bir qədər aşağı salıb. Lakin buna baxmayaraq, fond bu il dünya iqtisadiyyatının güclənəcəyini gözləyir.

IMF qlobal iqtisadi artımın 2019-cu ildəki 2,9 faizlə müqayisədə bu il 3,3 faizə yüksələcəyini nəzərdə tutur. Belə ki, qlobal iqtisadi artım 3 ildə ilk dəfə sürətlənəcək.

Fond 2021-ci ildə isə qlobal iqtisadi artımın 3,4 faizə yüksələcəyini proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.