İQTİSADİYYAT


“Beynəlxalq Yaşıl Həftə” sərgisində Azərbaycanın 180-dək çeşiddə məhsulu nümayiş olunur VİDEO

Berlin, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti 180-dək çeşiddə məhsulunu “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir. Sərgi yanvarın 26-dək davam edəcək.

Qeyd edək ki, 70-dən çox ölkədən 1500-dən artıq şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 12-ci dəfə təmsil olunur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.