REGİONLAR


Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gəncə Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış olublar

Bakı, 19 iyul, AZƏRTAC 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən “Davamlı inkişaf hədəfləri” 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gəncə Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış olublar.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.

Müəssisənin direktor müavini Şəhriyar Hacıyev, Gəncə şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Xəyalə Qurbanova, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə qonaqları Gənclər Evinin inzibati binası ilə tanış ediblər. Onlara müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar haqqında geniş məlumat verilib.

Tanışlıq zamanı gənclər siyasəti sahəsində görülən işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə təqdimatlar olub. Gənclər Evində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait, müxtəlif təyinatlı otaqlar qonaqlarda böyük təəssürat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.