İQTİSADİYYAT


Beynəlxalq daşımalar zamanı ƏDV necə tənzimlənir?

Bakı, 17 avqust, AZƏRTAC

Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə əsasən, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı olan yükayrılma xidməti, həmçinin beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əməliyyatı zamanı ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq olunur.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, maddədə diqqət çəkən digər məsələ beynəlxalq sərnişin daşınması ilə bağlı əməliyyatlardır.

Belə ki, bəzi vergiödəyicilərinin fikrincə, aviaşirkətlər vergiödəyicilərinə xarici ölkələrə səfərlərlə bağlı təyyarə bileti satdıqda bu əməliyyatlar ƏDV-yə 0 dərəcə ilə cəlb olunur. Ancaq təyyarə biletlərinin satışı ilə məşğul olan ƏDV ödəyiciləri ƏDV-yə ümumi qaydada, yəni 18 faiz dərəcə ilə cəlb edilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.