İDMAN


Beynəlxalq dərəcəli həndbol hakimimiz Ernest Ağakişi Avropa çempionatının oyunlarına təyinat alıb

Bakı, 29 iyun, AZƏRTAC

Çimərlik həndbolu həvəskarlarını qarşıda maraqlı yarış gözləyir.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət növbəti Avropa çempionatından gedir.

İyulun 7-də start veriləcək qitə miqyaslı yarış Çexiyanın paytaxtı Praqada təşkil olunacaq.

Avropa çempionatına dəvət alan EHF nümayəndələri arasında təcrübəli həndbol hakimimiz Ernest Ağakişinin də adı var. Beynəlxalq dərəcəli referi nüfuzlu yarışda ölkəmizi təmsil edəcək.

Avropa çempionatının qalibi iyulun 10-da müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.