İDMAN


Beynəlxalq dərəcəli həndbol hakimimiz İsgəndər Əsgərov yeni təyinat alıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Beynəlxalq dərəcəli həndbol hakimimiz İsgəndər Əsgərov yeni təyinat alıb.

AZƏRTAC Avropa Həndbol Federasiyasının (EHF) rəsmi saytına istinadla xəbər verir ki, təcrübəli referi kişi həndbolçuların “Challenge Cup” turnirinin ikinci mərhələsindən mübarizəyə qoşulacaq Litvanın “VHC Sviesa Vilnius” və “Granitas Karys” komandalarının görüşlərində EHF nümayəndəsi kimi fəaliyyət göstərəcək.

İlk oyun oktyabrın 13-də Kaunas şəhərinin "Kaunas Sport Hall" arenasında, cavab görüşü isə oktyabrın 14-də Litvanın paytaxtı Vilnüsün “LUES Sport Hall” kompleksində keçiriləcək.

Qarşılaşmaları serbiyalı Marko Sekuliç və Vladimir Yovandiç idarə edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.