CƏMİYYƏT


Beynəlxalq ekoloji təşkilatlar Oxçuçayın çirkləndirilməsinə göz yumurlar VİDEO

Beynəlxalq ekoloji təşkilatlar Oxçuçayın çirkləndirilməsinə göz yumurlar VİDEO

Bakı, 12 dekabr, AZƏRTAC

Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən zavodlarının, fabriklərin tullantı sularının təmizlənmədən Oxçuçaya axıdılması səbəbindən çayda ekoloji fəlakət vəziyyəti yaranmışdı. Bununla bağlı vaxtilə tədbirlər görüldü. Nəticədə bir müddət çayda vəziyyət sabitləşdi. Təəssüf ki, noyabrın 30-dan etibarən yenidən suyun tərkibindən götürülən analizlərin nəticəsinə görə çirkləndiricilərin miqdarının buraxılabilən hədlərdən dəfələrlə çox olması və suyun keyfiyyətinin kəskin pisləşməsi qeydə alındı.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə müsahibəsində deyib.

Nazir müavininin sözlərinə görə, bununla bağlı həm qarşı tərəfə, həm də beynəlxalq ekoloji təşkilatlara müraciət edilsə də nəticəsiz qalıb: “Bu dəfə də ikili standartlar nümayiş etdirildi və çirklənmənin qarşısının alınması ilə bağlı heç bir tədbir görülmədi. Hətta beynəlxalq ekoloji təşkilatlar tərəfindən Ermənistana bu əməlini qınayan hər hansı bir müraciət ünvanlanmadı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.