ELM VƏ TƏHSİL


Beynəlxalq ekspert Əlyazmalar İnstitutunda təlim keçib

Bakı, 11 iyun AZƏRTAC 

“Clarivate Analytics” agentliyinin elmi informasiya resursları üzrə eksperti Varvara Sosedova Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşlarına “Web of Science” məlumat platformasının istifadəsi haqqında təlim keçib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, V.Sosedova əməkdaşlara “Web of Science” elmi analitik bazası və əlaqədar alətlərlə (EndNote, Journal Citation Report və ResearcherİD) işləmək üsullarını əyani şəkildə göstərib, bazada mövcud olan jurnallarda axtarış sorğusunun aparılması və s. barədə məlumat verib.

Sonra ekspert mövzu ilə əlaqədar ona verilən sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.