ELM VƏ TƏHSİL


Beynəlxalq ekspert AzMİU-da professor-müəllim heyəti üçün seminar keçib

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə “Clarivate Analytics” şirkətinin əməkdaşı tərəfindən universitetin professor-müəllim heyəti üçün beynəlxalq jurnallarda məqalə dərc olunmasına dair növbəti maarifləndirici seminar keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, seminarda dekanlar, kafedra müdirləri, elmi-tədqiqat şöbəsinin əməkdaşları və müəllimlər iştirak ediblər.

Universitetin elm və texnika işləri üzrə prorektoru Arif Şərifov “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaevanı növbəti dəfə universitetdə görməkdən məmnunluğunu ifadə edib, daha öncə keçirilmiş seminardan sonra əldə olunan nailiyyətləri tədbir iştirakçılarının və qonağın diqqətinə çatdırıb.

Ali məktəbin beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva çıxışında mövzunun aktuallığını vurğulayıb və şirkətlə universitet arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

L.Kurmakaeva “Web of Science” platformasının işləmə mexanizmindən danışıb. Ekspert elmi məqalələrin yazılması prosesində həmin bazada axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin tapılması, eləcə də elmi jurnallarda məqalələrə qoyulan tələblər və beynəlxalq səviyyəli məqalələrin tərtibat qaydaları ilə bağlı tədqiqatçı alimləri ətraflı şəkildə məlumatlandırıb.

Seminarın yekununda L.Kurmakaeva universitet əməkdaşlarının suallarını cavablandırıb və bu istiqamətdə daha ətraflı biliklərə yiyələnmək üçün onlara “Clarivate Analytics” şirkətinin mütəmadi olaraq təşkil etdiyi onlayn seminarlara qatılmağı tövsiyə edib.

Qeyd edək ki, universitetin bir sıra əməkdaşları artıq şirkətin onlayn seminarlarında iştirak edib və onlara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.