ELM VƏ TƏHSİL


“Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” mövzusunda seminarlar yekunlaşıb

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Clarivate Analytics” (“Thomson Reuters”) agentliyinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tərəfindən “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” mövzusunda sonuncu seminar keçirilib.

AMEA–dan AZƏRTAC-a bildirilib ki, seminarda ekspert Biologiya və Tibb Elmləri Bölməsinə aid elmi müəssisələrin alim və mütəxəssislərinə “Web of Science” platformasına daxil olmaq üçün jurnallara və məqalələrə qoyulmuş tələblərdən, elmi məqalələrin təqdim edilməsi qaydalarından, seçim meyarları və digər praktiki məsələlərdən danışıb.

Xatırladaq ki, nüvə fizikası sahəsində 20-dən çox “Web of Science” indeksli məqalənin müəllifi İneş Kenjina fevralın 4-də AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının, fevralın 5-də Şamaxı Astrofizika Rəsədxanasının, Radiasiya Problemləri, İnformasiya Texnologiyaları və Biofizika institutlarının, fevralın 6-da Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası və Polimer Materialları institutlarının, fevralın 7-də isə Neft və Qaz, Coğrafiya, Geologiya və Geofizika institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları üçün seminarlar keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.