ELM VƏ TƏHSİL
Beynəlxalq elmi konfransda Tarix Muzeyi əməkdaşının məruzəsi dinlənilib
Bakı, 28 iyun, AZƏRTAC
Türkiyənin Osmaniyyə Qorqud Ata Universiteti tərəfindən Beynəlxalq Qorqud Ata Elmi Araşdırmalar Konfransı keçirilib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə bu müəssisənin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı Əli Fərhadovun “Kitabi-Dədə Qorqud” stalinizm dövründə: ittihamlar və cavablar (multikultural baxış)" mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi stalinizmin Azərbaycan mədəniyyətinə vurduğu zərbələrdən və “Kitabi-Dədə Qorqud”un milli-mənəvi, dini və multikultural mahiyyətindən bəhs edib.
Sonra suallar cavablandırılıb.
Konfransın məruzələr toplusunun nəşr edilməsi nəzərdə tutulub.