ELM VƏ TƏHSİL


Beynəlxalq forum: Yeni erada yoxsulluğun azaldılması

Bakı, 6 noyabr, AZƏRTAC

Pekində Dünya Bankının, Çin İnkişaf Bankının və Çin Sosial Elmlər Akademiyasının təşkilatçılığı ilə 500-ə yaxın iqtisadçının qatıldığı “Yeni erada yoxsulluğun azaldılması” mövzusunda beynəlxalq forum keçirilib. Ölkəmizi tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Əkbər Hüseynov təmsil edib.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Dayanıqlı inkişafın təmin edilməsində mümkün islahatlar”, “Yoxsulluğun azaldılmasında xarici təcrübələr”, “Yoxsulluğun azaldılmasında beynəlxalq əməkdaşlıq” mövzularında müzakirələr aparılıb. Müzakirələr müvafiq olaraq Dünya Bankının prezidenti Cim Yonq Kim, Beynəlxalq Valyuta Fondunun vitse-prezidenti Devid Lipton və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sədri Xose Qraziano De Silvanın rəhbərliyi ilə keçirilib.

İqtisadiyyat İnstitutunun elmi işçisi Ə.Hüseynov forumun “Yoxsulluğun azaldılmasında xarici təcrübələr” bölməsində “Azərbaycanda yoxsulluğun azaldılması istiqamətləri” adlı təqdimatla çıxış edib. O, ölkəmizdə, xüsusilə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramının əhəmiyyətindən danışıb və büdcə xərclərinin yoxsulluğa təsirinin ekonometrik hesablamalarından çıxan nəticələri ilə bağlı mülahizələrini bölüşüb. Bununla yanaşı, Ə.Hüseynov tədbir iştirakçıları ilə birgə Şenzen, Honq-Konq, Şanxay şəhərlərində Çin hökumətinin yoxsulluğun azaldılması istiqamətində son 10 ildə gördüyü işlər və yaratdığı yeni infrastrukturla da tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.