İQTİSADİYYAT


Beynəlxalq forumda Azərbaycanda Avtomatik Məlumat Mübadiləsi məlumatlarından istifadə barədə təqdimat olub

Beynəlxalq forumda Azərbaycanda Avtomatik Məlumat Mübadiləsi məlumatlarından istifadə barədə təqdimat olub

Bakı, 7 dekabr, AZƏRTAC

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Avtomatik Məlumat Mübadiləsi məlumatlarının istifadəsinə dair onlayn forumu keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, 150-dən çox ölkənin vergi xidmət orqanları nümayəndələrinin qatıldığı forumda maliyyə monitorinqinin aparılması üçün qanunvericilik bazası, Ümumi Hesabatlılıq Standartı və daxili qaydalara əsasən əməletmə vəziyyətinin hərtərəfli yoxlanılması üçün praktik hallar, o cümlədən beynəlxalq standartların tələbləri barədə məlumat verilib, mövzular ətrafında müzakirələr aparılıb.

Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbə rəisi Səfərəli Cavadov təqdimatla çıxış edərək iştirakçıları Azərbaycanda Avtomatik Məlumat Mübadiləsi məlumatlarından istifadə məsələləri barədə ətraflı məlumatlandırıb.

Qeyd olunub ki, Avtomatik Məlumat Mübadiləsi Azərbaycan Respublikasının da imzaladığı “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma” əsasında maliyyə institutlarında xarici vergi rezidenti olan hesab sahiblərinin maliyyə məlumatlarının aidiyyəti xarici ölkələr ilə mübadiləsini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.