SİYASƏT


Beynəlxalq forumda postpandemiya dövrünün media trendləri müzakirə olunub

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də “Media trendləri və postpandemiya dövründə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması tendensiyaları” mövzusunda beynəlxalq forum keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Sosial və İqtisadi Şurası nəzdində HWPL beynəlxalq təşkilatı və “BusinessWoman” beynəlxalq jurnalı tərəfindən təşkil olunan forumun məqsədi müxtəlif ölkələrin pandemiyanın yaratdığı çağırışlara qarşı səylərini birləşdirmək, medianın bu böhran vəziyyətindəki fəaliyyətini müzakirə etmək olub. Tədbirdə AZƏRTAC-ı beynəlxalq əlaqələr və xarici dillərdə informasiya idarəsinin müdiri Süleyman İbrahimov təmsil edib.

Forumda bildirilib ki, AZƏRTAC pandemiya dövründə fəaliyyətini həm onlayn, həm də ofis rejimində aparıb. Agentlik bu dövrdə yoxlanılmış informasiyalar yaymaqla COVID-19 virusu, onunla mübarizə yolları, karantin qaydaları ilə bağlı cəmiyyəti ətraflı məlumatlandırıb. Pandemiya rəsmi xəbərlərə tələbatı artırıb və bu dövrdə oxucuların agentliyin saytına müraciətləri xeyli çoxalıb.

Qeyd olunub ki, COVID-19 pandemiyası sosial kommunikasiyanın fraqmentləşməsinə gətirib çıxarıb. Bunun da nəticəsi olaraq informasiya qeyri-bərabərliyi yaranıb. Ekspertlərin fikrincə, epidemiya əsasən ənənəvi mediaya mənfi təsir göstərib, nəticədə keyfiyyətli reportajların və araşdırmaların sayı azalıb. Yeni media isə bu şəraitdə ənənəvi medianı tam əvəz edə bilməyib. Lakin ümumilikdə dəqiq informasiyaların istehlakı yüksəlib. Araşdırmalara görə, pandemiya dövründə jurnalistikaya etibar əvvəlki 46 faizdən 53 faizə yüksəlib.

Trendlərdən danışan mütəxəssislər deyiblər ki, postpandemiya dövründə də daha dəqiq və yoxlanılmış məlumatlar, faktlara əsaslanan informasiyalar diqqət mərkəzində olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.