ELM VƏ TƏHSİL
Beynəlxalq forumlar, simpoziumlar Azərbaycanın beynəlxalq aləmdə elm, mədəniyyət sahəsində artan nüfuzunu göstərir VİDEO
Bakı, 27 may (AZƏRTAC, Aygün Məmmədova). Beynəlxalq forumlar, simpoziumlar Azərbaycanın beynəlxalq aləmdə elm, mədəniyyət sahəsində artan nüfuzunu göstərir.
Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AZƏRTAC-a müsahibəsində bildirmişdir.
O bildirmişdir ki, Bakıda artıq uzun illərdir beynəlxalq forumlar, simpoziumlar keçirilir. Bu da gənc alimlərin birgə tədqiqatlarında yeni elmi nəticələrin yaranmasına gətirib çıxarır.
Qeyd edək ki, üç gün davam edəcək Forumun rəsmi bağlanış mərasimi mayın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında olacaqdır.