ELM VƏ TƏHSİL


Beynəlxalq forumun bir bölməsi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub

Bakı, 28 iyun, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq “Böyük Çöl” Humanitar Forumunda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, həmin institutun Terminologiya şöbəsinin müdiri, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, forumun bir bölməsi Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. Həmin bölməyə akademik M.Nağısoylu və İndiana Universitetinin professoru N.Şahrani rəhbərlik ediblər. M.Nağısoylu “Türk ədəbiyyatında Nəsiminin yeri” mövzusunda məruzə ilə çıxış edib. Forum çərçivəsində türkdilli ölkələrdə terminologiyanın inkişafını təmin etmək məqsədilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə terminoloqlarının birgə iclası keçirilib. İclasın məqsədi türkdilli ölkələrdə terminologiyanın inkişafını əlaqələndirmək, mütəxəssislərin qarşılıqlı əlaqələrini artırmaq, ortaq terminlərin yaradılması prinsiplərini müəyyənləşdirmək olub. Bu məsələlərin həlli üçün “Dil və terminologiya” daimi komissiyası təsis edilib. Tədbirdə S.Sadıqovanın “Terminoloji sistemin formalaşması və ona təsir edən amillər” mövzusunda məruzəsi dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.