ELM VƏ TƏHSİL


Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov və maşınqayırma texnologiyası kafedrasının müdiri, professor Nizami Yusubov Rusiyanın Ulyanovski şəhərində “Gələcəyin mühəndisləri-2018” mövzusunda keçirilən beynəlxalq forumda iştirak ediblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirə dünyanın 30 ölkəsindən ümumilikdə 1500-dən çox nümayəndə qatılıb. Müxtəlif səpkili seminarların keçirildiyi forumda mühəndis kadrların hazırlanması məsələsi geniş müzakirə olunub.

Tədbir çərçivəsində “Gələcək mühəndis obrazı” və “Rəqəmsal transformasiya” mövzularında keçirilən “dəyirmi masa”larda çıxış edən S.Namazov yüksəkixtisaslı mühəndis kadrların qarşısında qoyulacaq tələblərdən, onların bu tələblərə cavab verəcək səviyyədə yetişdirilməsi metodlarından danışıb. O, mühəndis kadrların yetişdirilməsi ilə bağlı Azərbaycanda formalaşan təcrübə haqqında da iştirakçılarına məlumat verib.

Forumda yüksəkixtisaslı mühəndis kadrların yetişdirilməsi ilə yanaşı, rəqəmsal iqtisadiyyat da əsas müzakirə mövzularından olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.