SİYASƏT
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” qətiyyətlə pisləyib
Ankara, 9 aprel, AZƏRTAC
Türkiyə KİV-lərində martın 31-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ keçirilmiş qondarma “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənməsi ilə bağlı analitik məqalə yayılıb.
AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu məqalədə Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti qətiyyətlə pislənir, bu hərbi təcavüz Qafqazda sülhə və sabitliyə təhdid kimi dəyərləndirilir. Türkdilli oxucuların diqqətinə çatdırılır ki, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, Avropa Parlamenti, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri, habelə çoxsaylı dövlətlər bu qondarma “seçkilər”in və onların nəticələrinin qanunsuz olduğunu bəyan ediblər.
Məqalənin tam mətni ilə Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) və TRT-nin “Türkiyənin səsi” radiosunun rəsmi saytlarında tanış olmaq mümkündür.
AZƏRTAC-ın Türkiyə bürosu
Ankara