MƏDƏNİYYƏT


Beynəlxalq kino festivalında ölkəmiz də təmsil olunacaq

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 19-dan 24-dək Rusiyanın Samara şəhərində XXVI Beynəlxalq “Uşaqlar üçün kino” festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, budəfəki kino bayramında tamaşaçıları geniş beynəlxalq proqram gözləyir. Norveç, İsveç, İtaliya, Koreya Respublikası, Belarus və s. ölkələrdən kinematoqrafçılarının iştirak etdiyi festivalda Azərbaycan da təmsil olunacaq.

Rejissor Tahir Tahiroviç festivala “Qırmızı” filmi ilə qatılacaq. Ssenari müəllifi Sevda Sultanova, operatoru Əminə Həsənli olan ekran işi uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs olunur. Valideynləri ayrıldığına görə evdə tək qalan qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir. Ancaq qırmızı ayaqqabı geyinmək ona qismət olmur...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.