ELM VƏ TƏHSİL


Beynəlxalq konfrans: Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və əməliyyat problemləri

Bakı, 28 oktyabr, AZƏRTAC

AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Texniki Universiteti, Polşanın Sileziya Texnoloji Universiteti və Gürcüstanın Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və əməliyyat problemləri” adlı Beynəlxalq Konfransın açılış mərasimi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, hibrid formatda keçirilən beynəlxalq konfransda Azərbaycanın və bir sıra xarici ölkələrin alim və mütəxəssisləri çıxış ediblər.

Bildirilib ki, Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş “İpək Yolu”nun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Bu dəhliz üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. Məhz Azərbaycan Respublikasında nəqliyyat dəhlizinin mərkəzi ölkələrdən biri kimi böyük addımlar atılıb, dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilib. “Bir kəmər, bir yol” təşəbbüsünün irəli sürülməsi ilə və Şərq-Qərb nəqliyyat dəhlizi təşkilati, iqtisadi, coğrafi istiqamətlərdə inkişaf etdirilib və eyni zamanda, yeni bir dəhliz – rəqəmsal kommunikasiya əlaqələri yaranıb.

Müasir dövrdə dünyada gedən proseslər, ölkəmizdə yaranan yeni reallıqlar nəqliyyat probleminə akademik səviyyədə yanaşmağı tələb edir. Bu problemlərə alimlərin cəlb olunması, müxtəlif institutlar, o cümlədən İdarəetmə Sistemləri İnstitutu, ali təhsil müəssisələri ilə əməkdaşlıq təqdirəlayiqdir.

Konfrans plenar iclasla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.