Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq konfrans işini plenar iclasla davam etdirib VİDEO

Konfransda dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət qəbul olunub

Bakı, 21 dekabr, AZƏRTAC

Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işini plenar iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, plenar iclasın birinci hissəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının moderatorluğu ilə keçirilib.

Mübariz Qurbanlı bildirib ki, hazırda dünyada bir çox problemlər mövcuddur. Bu problemlərin fonunda din xadimlərinin, alimlərin belə konfranslarda bir araya gələrək müzakirələr aparmalarına, dialoq qurmalarına ehtiyac var. Ona görə də Bakıda başlayan bu proses bundan sonra da davam etdirilməlidir.

Sonra Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin dini işlər üzrə müşaviri Əli Əbdürrəhman Əl-Haşim çıxış edərək konfransın əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanda bu cür beynəlxalq konfransın keçirilməsi təqdirəlayiqdir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətlidir. Bununla əlaqədar keçirilən bu beynəlxalq konfrans din, elm xadimlərini bir araya toplayıb və bu, özlüyündə çox böyük bir addımdır. Bu addımın atılması bütün dünya, xüsusilə də İslam aləmi üçün çox əhəmiyyətlidir. Çünki hazırda dünyamız çox çətin bir dövrdən keçir. Bütün İslam aləminin sülh və sabitlik şəraitində yaşaması üçün qarşılıqlı anlaşma və həmrəylik vacibdir. Bu cür beynəlxalq konfranslar sayəsində alimlər birgə əməkdaşlıq edir, dini və milli dözümlülük şəraitində bir-biri ilə anlaşırlar. Əminəm ki, bu konfransdan sonra səmərəli əməkdaşlığın nəticəsini görəcəyik.

Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad nazirinin birinci müavini Tofiq Əl-Sudeyri qeyd edib ki, İslam dini sonuncu səmavi dindir. İlahi qanunlarda İslam birlikdə yaşamağı tələb edir. İslam alimləri də bunu böyük məsuliyyətlə dərk edirlər. Hazırda dünyada baş verən hadisələr çətin proseslərdən xəbər verir. Bu çətin proseslərin qarşısını almaq üçün bütün müsəlman ölkələri birlikdə hərəkət etməlidirlər. İslam aləminin kifayət qədər imkanları var. Müxtəlif xalqlar və hökumətlər arasında əməkdaşlıq həmrəyliyə, mehribanlığa, sülhə yol açır. Müasir dövrdə İslam həmrəyliyinin yenidən gündəmə gətirilməsi bütün dünya üçün əhəmiyyətlidir.

Daha sonra çıxış edən 77-ci Antakiya Patriarxı Mar Beçara Boutrus Rai qeyd edib ki, İslam dünyasında müxtəlif xalqların əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bu gün dünyamızda həmrəylik çox lazımdır. İslam dinini qoruyub saxlamaq üçün həmrəyliyin olması vacibdir. Bu gün dünyada terrorizm kimi mənfi halların qarşısını yalnız həmrəyliklə almaq mümkündür. Terrorizmi yaradan səbəblər arasında savadsızlıq, maddi durumun zəifliyi və s. halları qeyd etmək olar.

Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi digər İslam ölkələri üçün bir örnəkdir. Bu, müsəlman aləmi üçün çox vacib və əhəmiyyətlidir.

O vurğulayıb ki, Pakistan erməni təcavüzünü hər zaman pisləyir və işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılmasının tərəfdarıdır. Müsəlman aləmində baş verən haqsızlıqlardan danışan Pakistan Senatının sədr müavini qeyd edib ki, Qüds məsələsində bütün müsəlman ölkələri həmrəy şəkildə hərəkət etməlidirlər.

İRCİCA-nın baş direktoru Halit Eren bildirib ki, Azərbaycanda keçirilən bu beynəlxalq konfrans İslam aləmində həmrəyliyin bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. İslam dini bütün dinlərin qardaşlıq, həmrəylik şəraitində yaşamasını tövsiyə edir. Dünyada insanların sülh və sabitlik şəraitində yaşaması üçün həmrəylik vacibdir. İslamın təbliğində həmrəyliyə ehtiyac var.

Özbəkistan Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov qeyd edib ki, bu gün İslam cəmiyyəti bir çox problemlərlə üzləşib. Müsəlman gənclərin radikallaşdırılması qarşımızda duran ən böyük problemlərdən biridir. Bu məsələləri həll etmək üçün İslam ölkələri arasında birgə hərəkət etmək, birlikdə qərar vermək əhəmiyyətli olardı. Bugünkü müasir dünyada islamofobiyanın, terrorizmin yayılmasının qarşısını almaq, təhlükəsizliyi təmin etmək üçün bütün müsəlman ölkələri bir araya gəlməlidirlər.

Əlcəzairin dini işlər və vəqflər naziri Məhəmməd İsa “İslam Həmrəyliyi İli”nin əhəmiyyətindən danışaraq bildirib ki, bugünkü konfrans həmrəyliyin, sülh və sabitliyin qorunub saxlanmasında müsəlman ölkələrinin birlikdə qərarlar qəbul etməsindən xəbər verir. Həmrəylik bir-birimizə ehtiyac duyduğumuz ən yaxşı şeyi digərinə vermək deməkdir.

Suriya Pravoslav Kilsəsinin Antoxiya və Ümumşərq Patriarxı II Mar İqnatus Aphram deyib ki, həmrəylik gələcəkdə birgə yaşaman təməlini qoyacaq. Müsəlmanların və xristianların sülh şəraitində birgəyaşayışı üçün bu, çox mühümdür. Dünyanı terrorizmdən, islamofobiyadan xilas etmək üçün bütün dünya müsəlmanları həmrəy olmalıdırlar. Bütün dinlər insanları sülh şəraitində yaşamağa çağırır. Dinindən, irqindən, dilindən asılı olmayaraq hər kəs qarşılıqlı sülh şəraitində yaşamalıdır.

Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimov qeyd edib ki, Azərbaycanda bu ilin “İslam Həmrəyliyi İli” elan olunması böyük bir təşəbbüsdür və bütün müsəlman aləmi üçün mühüm əhəmiyyətə malikdir. Bu, cəmiyyətimizə müsbət təsir göstərən önəmli addımdır. Bu, bir dini qayğıkeşlik nümunəsidir.

Pakistanın dini işlər naziri Sərdar Məhəmməd Yusif diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən elan olunmuş “İslam Həmrəyliyi İli” çox təqdirəlayiqdir və bütün müsəlman dünyası üçün bir nümunədir. Bugünkü konfrans onu göstərir ki, İslam dini əslində bütün insanlığın dinidir. Allah bütün dinlər arasında qarşılıqlı anlaşmanın olmasını əmr edir. İslam həmrəyliyinə hazırda dünyada çox böyük ehtiyac var.

Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlayn qeyd edib ki, bu konfransda həmrəyliyə töhfə verəcək insanlarla tanış olduğunu söyləyib. O deyib: “Bu tədbir həm də ondan xəbər verir ki, xristian ölkələri də müsəlman ölkələri ilə əlaqə yaratmalı, əməkdaşlıq etməlidir. Dünyada çaxnaşma yaradacaq hərəkətlərin qarşısını almaq üçün bu, vacibdir”.

Misir diyarının müftisi Şövqi İbrahim Allam deyib ki, Azərbaycanda başqa dinlərə hörmətlə yanaşılır. Bu, bütün dünyaya nümunə olacaq bir haldır. Hər şeydən əvvəl bütün insanlara bir fərd olaraq yanaşmaq lazımdır. Dinindən, irqindən, dilindən asılı olmayaraq o insana hörmət etmək lazımdır.

Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikası Ruhani İdarəsinin sədri, müfti İsmayıl Berdiyev bildirib ki, ilk növbədə, ölkələr arasında çaxnaşmanın qarşısını almaq üçün mütləq dünya dövlətləri qarşılıqlı surətdə anlaşmalıdırlar. Bunun nəticəsində problemlər azalar və sülh, sabitlik şəraiti təmin olunar. O, ABŞ Prezidentinin Qüdslə bağlı qərarının haqsız olduğunu deyib.

Əfqanıstanın həcc və islam işləri naziri Faiz Osmani bütün dünya müsəlmanlarının həmrəylik göstərərək bir yerdə hərəkət etməsinin, qərar qəbul etməsinin vacibliyinə toxunub. Bildirib ki, insanların sülh içində yaşaması üçün İslam aləminin önəmli tövsiyələri mövcuddur.

Qüds və Fələstin baş müftisinin müavini İbrahim Xəlil Məhəmməd Avadallah bu gün keçirilən beynəlxalq konfransda İslam aləmində baş verən hadisələr barədə ətraflı danışıldığını söyləyib. O qeyd edib ki, Qüds məsələsi təkcə İslam dünyasının deyil, həm də bəşəriyyətin əsas problemidir. Müsəlman dünyası bu məsələdə həmrəy olmalıdır. “Biz sülhün və sabitliyin tərəfdarıyıq. Heç kimin hüququ yoxdur ki, başqasının haqqını tapdalasın”, - deyə o qeyd edib.

“Həyatın incəsənəti” beynəlxalq qeyri-hökumət təşkilatının təsisçisi, Şri-Şri Ravi Şankaranın nümayəndəsi Svami Jyothirmayah qeyd edib ki, hazırda din pərdəsi altında dünyanın bir çox ölkələrində müharibələr gedir. Bu, dünyanın inkişafını geridə qoyur, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrin inkişafına mane olur.

İslam Əməkdaşlıq Təşkilatı İdman Federasiyasının baş katibi Mohammad Al-Qarnas diqqətə çatdırıb ki, İslam dini müxtəlif xalqların sülh, qardaşlıq şəraitində birlikdə yaşamasını tövsiyə edir. Azərbaycanda bu ilin “İslam Həmrəyliyi İli” elan olunması onu göstərir ki, İslam dininin təbliği istiqamətində xeyli işlər aparılır, müxtəlif tədbirlər həyata keçirilir.

x x x

Qısa fasilədən sonra plenar iclas ikinci hissə ilə davam edib.

İclasa Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəyli moderatorluq edib.

ABŞ-ın Simon Vizental Mərkəzinin həmsədri Abraham Kuper iclasda çıxış edərək bildirib ki, Azərbaycanın dinlərin qorunmasına necə böyük önəm verdiyinin şahidi olmaq xoşdur. Bu gün biz dinlərin, mədəniyyətlərin qorunduğu bir şəhərdəyik. O, Bakıda müxtəlif məzhəb nümayəndələrinin dostluq şəraitində ibadət etdiklərini, onlara qarşı ayrı-seçkilik olmadığını diqqətə çatdırıb. “Azərbaycan bu nümunəsi ilə bizə bir-birimizə qarşı necə diqqətli və qayğıkeş olmağın gərəkliyini öyrədir”, - deyə o vurğulayıb.

Azərbaycan Prezidentinin çıxışında ölkədəki tolerantlıq və multikultural mühitin şahidi olmaq bizim üçün çox xoş oldu.

Bu fikri isə “Rusiya-İslam Dünyası Strateji Görüşü Qrupu”nun əlaqələndiricisi, fövqəladə və səlahiyyətli səfir Veniamin Popov bildirib. O, müxtəlif din nümayəndələrinin xoş münasibətlərinin ölkələr arasında da əlaqələrin etibarlılıq müstəvisinə keçməsinə kömək etdiyini qeyd edib.

Bolqarıstanın baş müftisi Mustafa Hacı İslam dininin sülh dini olmasını göstərmək üçün böyük imkanların mövcud olduğunu deyib. O, bu işə böyük töhfələr verən Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Çexiya Elmlər Akademiyasının Qlobal Araşdırmalar Mərkəzinin direktoru Marek Hrubek deyib ki, mədəniyyətlərarası dialoq əslində insanlar arasında harmoniyanın yaradılması deməkdir. O əlavə edib ki, konfessiyalar arasında müzakirələr əslində daha geniş əhatə dairəsinə malik olmalıdır. Marek Hrubekin fikrincə, dialoqun aşağılardan başlaması daha məqsədəuyğundur.

Bobruysk və Bıxovskun yepiskopu (Belarus) Serafim Belarusda xristianların və müsəlmanların dostluq şəraitində yaşadığını və bu məsələyə cəmiyyətin həssasla yanaşdığını deyib. “Təəssüf ki, indiki dövrdə ekstremizm İslam dəyərləri adı altında fəaliyyət göstərir. Çox sevindirici haldır ki, Azərbaycanda dini maarifçilik sahəsində böyük işlər həyata keçirilir”, - deyə o bildirib.

Mərakeşdə yəhudilər, müsəlmanlar və xristianların öz dini ənənələrini sərbəst şəkildə yaşatdıqlarını deyən Sufi və Estetik Araşdırmalar üzrə Beynəlxalq Akademik Mərkəzinin prezidenti Əziz Əl-Kubeyti İdrissi bu baxımdan Azərbaycanla çox oxşar cəhətlərin olduğunu qeyd edib: “Belə bir şəraitin yaranması üçün dövlətin də lazımi işlər görməsi tələb olunur. Hər iki ölkədə həm cəmiyyət, həm də dövlət bu istiqamətdə harmonik fəaliyyət göstərir”.

Almaniyadan Dünya Yevangelik Alyansının icraçı sədri Tomas Sçirrmaçer Azərbaycanın dini tolerantlıq baxımından maraqlı yer olduğunu deyib. “Burada dini zəmində toqquşmalara rast gəlmək mümkün deyil. Ermənistanın işğalı nəticəsində Azərbaycan müharibə şəraitinə düşüb, məcburi köçkünlər var, ölkə çətinliklərlə üzləşib. Bunlara baxmayaraq, Azərbaycan tolerantlığını qoruyub, burada bütün dinlərə hörmət var. Məhz bu üstünlüklərinə görə Papa Fransisk Azərbaycana səfər etmişdi”, - deyə o qeyd edib.

ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer bu konfransın keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. “Azərbaycan həmrəylik, dini tolerantlıq məsələlərində bütün müsəlman ölkələri arasında birinci yeri tutur”, - deyə o vurğulayıb.

Rusiya Federasiyası Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Kamil Samiqullin müsəlman gəncləri radikal qurumların təsirindən qorumağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, İslam dünyasının həmrəyliyi üçün bütün müsəlman ölkələri səylərini əsirgəməməlidir.

Böyük Britaniyada fəaliyyət göstərən Oksford İslam Araşdırmaları Mərkəzinin rəhbəri Fərhan Nizami bildirib ki, müxtəlif dinlərin nümayəndələri tarixən birlikdə yaşayıblar, amma bu, heç də həmişə sülh şəraitində baş verməyib. Azərbaycan nümunəsində müxtəlifliyin çox uzun illər birlikdə yaşamasını görürük. “Müxtəliflik o deməkdir ki, bizim dini baxışlarımız fərqlidir, amma biz hamımız insanıq, ona görə birlikdə yaşamağı bacarmalıyıq, buna məhkumuq”, - deyə o vurğulayıb.

Yaponiya buddist Daijoji Məbədinin baş abbatı və baş rahibi Ryusin Azuma Yaponiyada İslam, buddizm və xristian dinlərinin münasibətlərindən, onların yaranması və inkişafından danışıb.

İndoneziya Nahdatul Ulama Fatayat Təşkilatının sədri xanım Anggia Erma Rini İndoneziyada dinlər, məzhəblər haqqında məlumat verib.

Sülh Uğrunda Dünya Xalqlar Birliyi Beynəlxalq Təşkilatının təsisçisi Raçid El Mounacif insani dəyərlərə üstünlük verməklə harmoniya və tolerantlığın inkişafı istiqamətində daha çox uğura nail olmağın mümkünlüyünü qeyd edib. O, əsasən gəncləri narkotiklərdən, pis əməllərdən və cahillikdən qorumaq lazım olduğunu vurğulayıb. “Əsas istiqamətimiz təhsil, təhsil və yenə də təhsildir”, - deyə o vurğulayıb.

Rusiya Ruhani Məclisinin başçısı, Moskva müftisi Albir Krqanov qeyd edib ki, belə konfransların təşkili cəmiyyətin sağlamlaşdırılması üçün çox faydalıdır. Bu konfrans İslam həmrəyliyi ilə bağlı olsa da, burada bütün dinlərin nümayəndələri toplaşıblar.

Serbiyanın Belqrad şəhərinin müftisi Mustafa Yusufspahiç konfransın təşkilinə görə Azərbaycan Prezidentinə, Qafqaz Müsəlmanları İdarəsinə təşəkkür edib. O, çıxışında bütün dinləri birləşdirən dəyərlərin olduğunu və bunlara istiqamətlənməklə daha çox qarşılıqlı anlayışa nail olmağın mümkünlüyünü deyib.

Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaş konfransın gələcəkdə İslam həmrəyliyinin daha da güclənməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindın “İslam Həmrəyliyi İli” elan olunmasına dünyanın ehtiyacı var idi – həm müsəlmanların, həm katoliklərin, həm pravoslavların, həm buddistlərin. Bu konfransın böyük əhəmiyyəti var. Biz onun təsirini görəcəyik.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən bu konfransın vacib nəticələri olacaq. Bundan sonra mədəniyyətlərarası dialoq qismində konfransı davam etdirəcəyik. Yaradılacaq Əlaqələndirmə Şurası ilə birlikdə yeni konfranslar təşkil etmək üzərində çalışacağıq.

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

Sonda konfrans iştirakçıları dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət qəbul ediblər.

Müraciətdə qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, mədəniyyətlər və dinlərarası dialoqun və bununla bağlı beynəlxalq əməkdaşlığın təşviq edilməsinin sülh və təhlükəsizliyin əsas təminatı kimi çıxış etdiyi vurğulanır. Bu sahədə qlobal təhdid və çağırışların qarşısının alınmasına yönəlmiş, 2008-ci ildən başlamış “Bakı Prosesi”nin və əlaqədar beynəlxalq təşəbbüslərin davam etdirilməsinin və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilir. Ayrı-seçkiliyin, ksenofobiyanın, terrorçuluğun, separatizmin, ekstremizmin, eləcə də milli, dini və etnik zəmində dözümsüzlüyün artması, humanitar fəlakət həddində qaçqınların, məcburi köçkünlərin və miqrantların kütləvi axını, habelə terrorçu və separatçı qruplaşmalar tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin dağıdılması ilə bağlı dərin narahatlıq bildirilir. İslam həmrəyliyinin mədəniyyətlər və dinlərarası dialoqun inkişafında ümumi bəşəri dəyərlərin dünyada təbliği və gələcək nəsillərə ötürülməsində vacib rol oynadığı vurğulanır.

Konfrans iştirakçıları dövlətləri, BMT və digər beynəlxalq və regional təşkilatları, eləcə də dini liderləri mədəniyyətlər və dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviq olunmasının davam etdirilməsinə və bu sahədə əməkdaşlığın möhkəmləndirilməsinə, milli, dini və etnik zəmində zorakılıq hallarına rəvac verən və zərərli ideologiyaya əsaslanan təbliğatın qarşısının alınmasında əməkdaşlığın artırılmasına, geniş dialoqun davam etdirilməsinə və maarifçiliyin gücləndirilməsinə, siyasi motivlər daşıyan və məqsədyönlü qızışdırılan ksenofobiya və islamofobiyanın, habelə İslam dininin adından sui-istifadə etməklə terrorçuluğun və insanlıq əleyhinə cinayətlərin törədilməsinin qarşısının alınması üçün təsirli tədbirlərin həyata keçirilməsinə çağırırlar.

Bundan başqa, müraciətdə konfrans iştirakçılarının son zamanlar Qüds ətrafında cərəyan edən hadisələrlə bağlı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinə dair mövqeyi öz əksini tapır.

x x x

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tərəfindən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın iştirakçılarının şərəfinə ziyafət verilib.

Beynəlxalq konfrans işini plenar iclasla davam etdirib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB