ELM VƏ TƏHSİL


Beynəlxalq konfransda Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətindən danışılıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Moldovada “Şərq tərəfdaşlığı - tədqiqatlar və innovativ əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda Azərbaycan AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru Namiq Cəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Namiq Cəlilov konfransda ŞAR tərəfindən alınmış “FP7” və “Horizon 2020” meqaqrantlarından, onların Azərbaycan elminə verdiyi töhfələrdən danışıb.

Konfransda Avropa Komissiyasının və təşkilatın müxtəlif ölkələrdən dəvət olunmuş nümayəndələri iştirak ediblər. Konfransın əsas məqsədi Avropa İttifaqının birgə qrant layihələrinin müzakirəsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.