Beynəlxalq konfransda Tarix Muzeyi əməkdaşlarının məruzələri dinlənilib
AzerTAg.az

Bakı, 11 noyabr, AZƏRTAC
AMEA və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) tərəfindən Zəfər Gününə və şəhidlərin xatirəsinə həsr edilmiş “İkinci Qarabağ beynəlxalq sosial və bəşəri elmlərdə müasir araşdırmalar” konfransında Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova və Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Zülfiyyə Cəlilova iştirak ediblər.
Muzeydən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilmiş beynəlxalq konfransda Sahibə Ələkbərovanın “Qarabağ müharibəsinin muzeylərə təsiri (işğaldan azad edilmiş rayon muzeylərinə baxış)”, Zülfiyyə Cəlilovanın “XIX-XX əsrin əvvəllərində İrəvanda məhv edilmiş abidələr (MATM materialları əsasında)” adlı məruzələri dinlənilib.
Konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
Xəbərin mətnində orfoqrafik səhv var