ELM VƏ TƏHSİL


Beynəlxalq konfransda Təhsil İnstitutunun fəaliyyət istiqamətlərindən danışılıb

Bakı, 25 yanvar, AZƏRTAC

ABŞ-ın ölkəmizdəki və Gürcüstandakı səfirlikləri tərəfindən Tbilisidə keçirilən “Regional bilik mübadiləsi vasitəsilə beynəlxalq təhsilin genişləndirilməsi” adlı beynəlxalq konfransda Azərbaycan universitetlərindən beş nümayəndə gürcüstanlı həmkarları bir araya gəlib. Hər iki ölkədə beynəlxalq təhsil işçiləri arasında işgüzar əlaqələrin yaradılması istiqamətində geniş müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Qeyd olunub ki, 3 günlük beynəlxalq proqram peşəkar seminarları və müxtəlif mədəni tədbirləri əhatə edib.

Tədbirdə Azərbaycanın təhsil nazirinin müşaviri Nicat Məmmədli beynəlxalq təhsil təcrübələrinin tədrisdə əhəmiyyətindən danışıb. O, Gürcüstanla təhsil sahəsində əməkdaşlılığın genişləndirilməsinin vacibliyini qeyd edib.

“2019-2023 Dövlət Proqramı” İdarəetmə qrupunun rəhbəri Turan Topalova “Ali təhsildə beynəlxalq rəqabətlilik” mövzusu ətrafında beynəlmiləlləşmənin təhsilə təsirləri, ali təhsildə tələbə mobilliyinin vacibliyi haqqında çıxış edib. Eyni zamanda, T.Topalova beynəlxalq təhsil proqramları, xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramları haqqında ətraflı məlumat verib.

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva təmsil olunduğu qurumun fəaliyyət istiqamətlərindən, təhsilin müxtəlif səviyyə və pillələrinə verdiyi dəstəkdən, xüsusilə ali təhsil müəssisələrinə göstərdiyi xidmətlərdən danışıb. Ü.Babayeva, həmçinin ikili diplom proqramları, beynəlxalq təhsil proqramları, tələbə mübadilə proqramları, iş dünyası və tələbələr və s. layihələrdə Təhsil İnstitutunun rolu haqqında ətraflı məruzə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.