ELM VƏ TƏHSİL


Beynəlxalq konfransda mikrobioloq alimin məruzəsi dinlənilib

Bakı, 29 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının əməkdaşları - biologiya elmləri doktorları Nəriman İsmayılov, Samirə Nəcəfova və biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımova Moskvada Rusiya Təbiət Elmləri Akademiyasının təşkilatçılığı ilə onlayn formatda keçirilən “Ərazilərin ekoloji, iqtisadi və sosial inkişafının regional strategiyaları və layihələrinin idarə edilməsi” adlı beynəlxalq elmi-praktik konfransa qoşulublar.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə A.Qasımova “Abşeron yarımadasında ekoloji problemlərin həlli üçün resurslara qənaət edən, tullantısız biotexnoloji layihələrin işlənib-hazırlanması üçün regional bioresursların sistemli təhlili” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Abşeron yarımadasında texnogen təsirə (neft, neft məhsulları və ağır metallarla çirklənmiş) məruz qalmış torpaq və su hövzələrinin bioloji aktivliyinin artırılması, regionda olan bioloji resurslardan istifadə etməklə bərpa üsullarının perspektivləri haqqında məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.