REGİONLAR
Beynəlxalq media nümayəndələrinin Ağdama səfəri başlayıb FOTO VİDEO
Xarici jurnalistlər Xocalı soyqırımı dəhşətlərini şahidlərin dilindən dinləyəcəklər
Ağdam, 25 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Fevralın 25-də xarici media nümayəndələrinin işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb. Səfərdə məqsəd beynəlxalq medianın Xocalı soyqırımı haqqında daha ətraflı məlumatlandırılmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində xarici jurnalistlər Xocalı soyqırımının şahidləri ilə görüşəcək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yaşanan dəhşəti birbaşa onların dilindən dinləyəcəklər.
Jurnalistlər əvvəlcə işğaldan azad edilmiş Ağdam Cümə məscidində olublar. 1992-ci ildə Xocalı faciəsinin baş verdiyi günlərdə Ağdamda şahidi olduğu dəhşətli mənzərələri əks etdirən fotolarını xarici media nümayəndələrinə göstərən dünya şöhrətli fotoqraf Reza Deqati, erməni faşistləri tərəfindən törədilən bu qətliamın insanlıq əleyhinə yönəldiyini vurğulayıb.
Səfər davam edir.