SİYASƏT
Beynəlxalq missiya: Türkiyədəki seçkilər azad, ədalətli, demokratik və şəffaf keçirilib
İstanbul, 25 iyun, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Müşahidəçilər Missiyası iyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin demokratik və şəffaf şəraitdə başa çatdığı barədə birgə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, missiya Türk Şurası, TÜRKPA, Türk Akademiyası, o cümlədən Azərbaycan, Qazaxıstan və Qırğızıstandan rəsmi heyətlərin daxil olduğu 36 nəfərlik tərkibdən ibarət olub.
Ankara, Antalya, İstanbul və Samsunda olmaqla, ümumilikdə, 146 seçki məntəqəsində müşahidə aparan missiyanın açıqlamasında bildirilir ki, seçki prosesi və səsvermə azad, ədalətli, demokratik şəraitdə olmaqla, beynəlxalq standartlara uyğun keçirilib və seçicilərin siyasi iradəsini tam mənada əks etdirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul