DÜNYA
Beynəlxalq müsabiqədə Azərbaycanın gənc ifaçıları laureat adını qazanıb
Daşkənd, 26 noyabr, AZƏRTAC
Özbəkistan Təhsil Nazirliyi və Bəstəkarlar İttifaqının təşəbbüsü ilə Daşkənddə gənc ifaçıların “Ana yurdun nəğmələri” adlı ikinci beynəlxalq müsabiqəsi keçirilib.
Tədbirdə Müstəqil Dövlətlər Birliyi və digər ölkələrin ali və orta ixtisas musiqi məktəblərinin gənc ifaçıları iştirak edib.
Müsabiqədə ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Mahir Hacıyev (kamança), İbrahim Babayev (tar) və akademiyanın nəzdindəki Musiqi Kollecinin tələbəsi Samir Əzimov (tar) təmsil ediblər. 400-dən artıq gənc ifaçının iştirak etdiyi müsabiqədə 36 nəfər laureat adını qazanıb. Azərbaycanın gənc ifaçıları da onların arasındadır. Belə ki, müsabiqədə Mahir Hacıyev və İbrahim Babayev birinci, Samir Əzimov isə üçüncü yerə layiq görülüblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]