İQTİSADİYYAT


Beynəlxalq müsabiqədə ölkəmizi təmsil edən poçt markası tamaşaçı səsverməsində liderdir

Bakı, 10 sentyabr, AZƏRTAC

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən hazırlanmış poçt markası beynəlxalq müsabiqədə birinci mərhələdə liderlik edir.

MMC-dən AZƏRTAC-a bildirilib ki, Avropa Ticarət Assosiasiyasının (PostEurop) “Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət” mövzusunda təşkil etdiyi “EUROPA 2021” müsabiqəsində ölkəmizi təmsil edən poçt markası ilk beşliyə daxil olub.

İkinci mərhələdə qaliblər münsiflər heyətinin qərarı əsasında müəyyən olunacaq.

Qeyd edək ki, ötən il ölkəmiz qeyd edilən müsabiqədə 3-cü yerə yüksəlib.

Xatırladaq ki, bu mövzuda Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbiri (Panthera Pardus Ciscaucasica), Muflon (Ovis Orientalis) və Cənubi Qafqaz kərtənkələciyinə (Eremias Pleskei) həsr edilmiş poçt markaları artıq dövriyyəyə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.