MƏDƏNİYYƏT


Beynəlxalq müsabiqədə uğurlu çıxışına görə uşaq incəsənət məktəbinin şagirdləri mükafatlandırılıb

Bakı, 10 aprel, AZƏRTAC

Gənc ifaçıların “World harmony” Beynəlxalq klassik və folklor musiqi müsabiqəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri uğurla çıxış ediblər.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə uşaq incəsənət məktəbinin şagirdləri Məlahət Şeydayeva üçüncü yerə layiq görülüb, Ağaəli Qasımova isə diplom təqdim olunub. Məktəbin digər şagirdlərinə də sertifikatlar verilib.

Bu münasibətlə məktəbin direktoru Kəmalə Həşimova müsabiqənin iştirakçıları və müəllimləri ilə görüş keçirib, onlara mükafatları təqdim edib.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.