Beynəlxalq olimpiada qalibi olan iki məktəblimiz dünyanın qabaqcıl universitetlərinə qəbul ediliblər
AzerTAg.az

Bakı, 17 mart, AZƏRTAC
Beynəlxalq olimpiada qalibləri olan məktəblilərimizin dünyanın qabaqcıl universitetlərinə qəbul xəbərləri davam edir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, riyaziyyat fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpiadalar qalibi, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Cəlil Hüseynov müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan Sinqapur Milli Universitetinə (National University of Singapore), fizika fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpiadalar qalibi, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Sadiq Sadıxzadə isə müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan London İmperial Kollecinə (Imperial College London) qəbul olunub.
Qeyd edək ki, bundan öncə Azərbaycan məktəbliləri Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul olunmuşdular.
Xəbərin mətnində orfoqrafik səhv var