ELM VƏ TƏHSİL


Beynəlxalq olimpiadalara seçmə imtahanı keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Kimya-biologiya təmayüllü Respublika liseyində biologiya və fizika fənləri üzrə beynəlxalq olimpiadalara 2021-2022-ci tədris ilində hazırlaşacaq şagirdlərin seçmə imtahanı keçirilib.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, imtahan biologiya fənni üzrə 3 saat, fizika fənni üzrə 3 saat 30 dəqiqə davam edib.

Seçmə imtahanına ötən tədris ilində respublika fənn olimpiadalarında yüksək nəticə göstərən şagirdlər dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.