Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq qurumlar Ermənistanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması fonunda sükuta qərq olublar

Beynəlxalq qurumlar Ermənistanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması fonunda sükuta qərq olublar

Bakı, 17 iyun, AZƏRTAC

“Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının parlament tərəfindən ləğv edilməsi, sözügedən şəxsin ifadə vermək üçün ölkənin təhlükəsizlik qüvvələri tərəfindən istintaqa cəlb edilməsi baş nazir Nikol Paşinyanın öz rəqiblərinə qarşı həyata keçirdiyi repressiya siyasətinin tərkib hissəsidir. Nəzərə alsaq ki, Qaqik Sarukyanın problemləri onun baş naziri və komandasını tənqid etməsindən və istefaya çağırmasından sonra başlayıb, o zaman baş verənlərin əsasında bilavasitə siyasi motivlərin dayandığı söyləyə bilərik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, Nikol Paşinyan küçədən hakimiyyətə gələndə, xüsusilə də onun baş nazir seçilməsi üçün Ermənistan parlamentində müxtəlif manipulyativ ssenarilər işə düşəndə, heç bir idarəçilik təcrübəsi və sistemli düşüncə tərzi olmayan bu şəxsə dəstək verənlərdən biri də Qaqik Sarukyan olmuşdu. 2018-ci il aprelində Ermənistanın kütləvi informasiya vasitələrinə açıqlama verən “Çiçəklənən Ermənistan” partiyasının sədri baş nazir postuna namizədliyini irəli sürməyəcəyini və Paşinyanı müdafiə edəcəyini bəyan etmişdi.

Ekspert bildirib ki, Ermənistanda 2017-ci ildə keçirilən parlament seçkilərində Sarukyanın partiyası 31 yer qazanmışdı və üçdəiki səs çoxluğu tələb edən qərarların qəbulu zamanı kifayət qədər ciddi təsir imkanlarına malik idi. Bu isə parlamentdə tərəfdarları cəmi 9 nəfərdən ibarət olan Paşinyanın baş nazir postuna gətirilməsi üçün həlledici amillərdən biri kimi müstəsna əhəmiyyətə malik idi. Bu məqamlara diqqət çəkməkdə məqsədim Nikol Paşinyanın heç bir fundamental siyasi və ideoloji prinsipə sahib olmayan, öz maraqları üçün istənilən qüvvə ilə bir arada olmağı məqbul sayan bir şəxs olduğunu vurğulamaqdır.

“Qaqik Sarukyan Ermənistanda öz “biznes-imperiyasını” sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın dövründə qurmuşdu. Həmin dövrdə Nikol Paşinyan və yaxın əhatəsi Sarukyanı ölkənin siyasi rəhbərliyi ilə birlikdə “Ermənistanın sərvətlərini talamaqda” ittiham edirdilər. Amma buna baxmayaraq, Paşinyan küçədən hakimiyyətə gəlişini leqallaşdırmaq üçün Qaqik Sarukyanla əməkdaşlıq haqqında memorandum imzaladı və bu anlaşmanın sayəsində Sarukyanın tərəfdarları 2018-ci ildə keçirilən seçkilərdə parlamentdə 26 yer qazandılar”, - deyə E.Mirzəbəyli qeyd edib.

Siyasi ekspert diqqətə çatdırıb ki, Nikol Paşinyanla Sarukyanın problemləri, əsasən, birincinin öz tərəfdarları ilə birlikdə ölkədəki kapitalı ələ keçirmək istiqamətində addımlar atdıqları və bunun üçün mediada zəmin hazırladıqları zaman başlanıb. Dövlət büdcəsinin vəsaitlərini müxtəlif vasitələrlə ailəsinin və tərəfdarlarının biznesinin qurulmasına və böyüməsinə yönəldən Paşinyan ictimaiyyətin diqqətini özündən əvvəl qazanılan şəxsi mülkiyyətin, kapitalın korrupsiya yolu ilə əldə olunduğu barədə real və qurama faktlara yönəltməyə başladı, “korrupsiyaya qarşı mübarizə” adı altında özünün və tərəfdarlarının nəzarətindən kənardakı iri kapitalı öz əlində cəmləmək üçün bütün resursları, təzyiq mexanizmlərini işə saldı.

Vurğulayıb ki, bir müddət öncə Sarukyanın və tərəfdarlarının Nikol Paşinyana qarşı daha qabarıq şəkildə nəzərə çarpmağa başlayan ittihamlarının əsasında da məhz bu amillər dayanırdı. Qeyd olunurdu ki, baş nazirin məqsədi heç də özünün iddia etdiyi kimi, Ermənistanı böhran vəziyyətindən çıxarmaq, demokratik azadlıqları bərpa etməkdən ibarət deyil. Paşinyan dövlətin təsir mexanizmlərindən istifadə etməklə ölkənin biznes elitasının yalnız öz ailəsindən və yaxınlarından ibarət olmasına çalışır, kapitalını onunla bölüşmək istəməyənlərin varidatına “korrupsiyaya qarşı mübarizə” pərdəsi altında zorla yiyələnməyə cəhd göstərir.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, Sarukyan öz kapitalını Paşinyan hakimiyyətindən öncə qazanıb. Yəni, bu gün ona qarşı irəli sürülən ittihamlar əgər realdırsa, o zaman Qaqik Sarukyan haqqında cinayət işi xeyli öncə, Paşinyanı tənqid etməzdən və istefaya çağırmazdan əvvəl açılmalıydı. Amma belə olmadı. Bütün bunlar isə bir daha təsdiqləyir ki, Nikol Paşinyanın yeganə məqsədi rəqiblərini, onunla eyni mövqeni bölüşməyən siyasətçiləri və iş adamlarını müxtəlif vasitələrlə sıradan çıxarmaqdır. Onun saxta demokrat obrazının arxasında acgöz diktator siması gizlənir.

Qeyd edilib ki, Ermənistan parlamentinin Sarukyanın deputat toxunulmazlığının ləğvinə və həbsinə razılıq verilməsi ilə bağlı qərarının qəbulu edildiyi zaman Ermənistanda "Çiçəklənən Ermənistan" partiyasının sədrinin müdafiəsi ilə bağlı kütləvi aksiya keçirilib. Aksiya polisin sərt müdaxiləsi nəticəsində dağıdılıb və aralarında çoxlu sayda dünya və Avropa çempionlarının da olduğu 100-ə yaxın etirazçı həbs olunub. Baş verən hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına atılıb. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın və Qərb ölkələrinin Ermənistandakı səfirlikləri isə özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Populist çıxışları ilə tanınan Nikol Paşinyan isə bu susqunluğun fonunda demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiya vasitələrindən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil.

Elçin Mirzəbəyli vurğulayıb ki, Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir.

Bu qanunsuzluqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması fonunda bəzi beynəlxalq qurumlar, ənənəvi “hüquq müdafiəçiləri”, beynəlxalq QHT-lər, ümumilikdə, bir sıra Qərb təşkilatları sükuta qərq olublar. Öz rəqiblərini susdurmaq üçün siyasi təqib yolunu seçən, ölkənin ana müxalifətinin rəhbərini parlamentdən həbsxanaya yola salan balaca diktatorun bu əməllərinə ənənəvi “azadlıq carçı”larının heç bir reaksiyası nəzərə çarpmır.

"Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olmaq ehtimalı ola bilən istənilən şəxsi korrupsiyaya qarşı mübarizə adı altında həbs etməsi və bunun fonunda Qərbin sükutu Nikol Paşinyanın əl-qolunu daha da açır.

Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür, onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli, demokratsan.

Bu arada ABŞ Prezidenti Franklin Ruzveltin adına çıxılan və onun guya Nikaraquanın dövlət başçısı haqqında söylədiyi iddia edilən məşhur “Samosa ola bilsin ki, köpək oğludur, amma bizim köpək oğludur” deyimini xatırlamaq da yerinə düşər. İndiki məqamda Ruzveltin Samosa haqqında bu sözləri deyib-demədiyi önəmli deyil, önəmli olan bu sözlərin həqiqəti əks etdirməsidir" , - deyə siyasi ekspert bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb