ELM VƏ TƏHSİL


Beynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 27 noyabr, AZƏRTAC

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Yohan Şiterer, Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin məsləhətçisi Qeyrət Şirəliyev iştirak ediblər.

Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti rəhbərlik etdiyi müəssisə haqqında ətraflı məlumat verib.

Sonra mərkəzin bədii kollektivi tədbir iştirakçıları qarşısında çıxış edib.

Fransada nağıllar mövzusunda keçirilmiş “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzindən Nərmin Abdullayevanın rəhbərliyi ilə rəsm dərnəyinin üzvləri 17 işlə iştirak ediblər. Səkkiz yaşlı gənc rəssam Dəniz Quliyeva qızıl medala, 16 gənc rəssam isə diploma layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.