ELM VƏ TƏHSİL


Beynəlxalq riyaziyyat müsabiqəsinə qeydiyyat davam edir

Bakı, 14 oktyabr, AZƏRTAC

Təhsil İnstitutu noyabrın 14-də şagirdlər üçün Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini təşkil edəcək. Müsabiqə mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə hər il dünyanın 80-dən çox ölkəsində keçirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. 1-ci, 2-ci və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər mütləq qaydada onlayn qeydiyyatdan keçməli, ödəniş etməli və buraxılış vərəqəsini çap etməlidirlər. İştirak üçün ödəniş məbləği 13 AZN təşkil edir. Qeydiyyat Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən oktyabrın 11-dən başlanıb və noyabrın 1-dək onlayn aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.