REGİONLAR
Beynəlxalq şahmat turnirində azərbaycanlı şahmatçı turnir cədvəlinə liderlik edir
Naxçıvan, 13 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Beynəlxalq şahmat turnirində altıncı və yeddinci turun oyunlarına yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Şahmat Mərkəzində keçirilən yarışda bütün görüşlərini qələbə ilə başa vuran, aktivinə altı xalı yazdırmağı bacaran azərbaycanlı şahmatçı 2386 reytinq xalına malik beynəlxalq usta İsmayıl Şahəliyev turnir cədvəlinə liderlik edir. Yeddinci turdan sonra turnir cədvəlində ilk onluqda yer alan muxtar respublika şahmatçılarından 2331 reytinq xalına malik olan beynəlxalq usta Pərviz Qasımov 5 xalla mövqeyini qoruyur.
Qeyd edək ki, mayın 14-dək davam edəcək turnirdə yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]