REGİONLAR


Beynəlxalq şahmat turnirində beşinci tura yekun vurulub

Naxçıvan, 11 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Beynəlxalq şahmat turnirində beşinci turun oyunlarına yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, beşinci turun nəticələrinə əsasən, turnir cədvəlinə bütün görüşlərini qələbə ilə başa vuran, aktivinə beş xalı yazdırmağı bacaran azərbaycanlı şahmatçı, 2386 reytinq xalına malik beynəlxalq usta İsmayıl Şahəliyev liderlik edir.

Beşinci turdan sonra turnir cədvəlində ilk üçlükdə muxtar respublika şahmatçıları da yer alır. Belə ki, 2265 reytinq xalına sahib olan FİDE ustası Sadiq Məmmədov 5 xalla ikinci, 2279 reytinq xalına sahib olan beynəlxalq usta Toğrul Həsənzadə isə 4 xalla üçüncü pillədə qərarlaşıb.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə 214 zəka sahibi mübarizə aparır. Dörd ölkə Azərbaycan, Türkiyə, İran və Ukraynadan olmaqla, müxtəlif yaş kateqoriyasında təmsil olunan şahmatçılar sırasında 16 titullu şahmatçı yer alır.

Mayın 14-dək davam edəcək turnirdə yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.