MƏDƏNİYYƏT
Beynəlxalq sərgidə azərbaycanlı rəssamın əsərləri nümayiş olunur VİDEO
Budapeşt, 6 oktyabr, AZƏRTAC
Budapeşt şəhərindəki Balna Mərkəzində 2011-ci ildən etibarən təşkil edilən beynəlxalq “Art Market Budapest” adlı növbəti illik sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin dəstəyi və Türkiyənin Gülər Sənət Qalereyasının təşkilatçılığı ilə azərbaycanlı rəssam Bəhruz Quliyevin rəsm əsərləri də nümayiş olunur. Rəssamın əsərləri sırasında “Xarıbülbül” adlı rəsmi xüsusi yer tutur. Rəsmdə Qarabağda dağıdılmış abidələrimizi ehtiva edən hissə və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin simvolu - Xarıbülbül əks olunub.
Qeyd edək ki, Mərkəzi və Şərqi Avropanın ən böyük sərgisi olan “Art Market Budapest”ə 40 ölkədən və 5 qitədən iştirakçılar qatılır. Oktyabrın 9-dək davam edəcək sərgidə 30 mindən çox beynəlxalq və yerli ziyarətçilərin iştirakı gözlənilir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]